Sərnişin təyyarəsi məcburi eniş etdi

Sərnişin təyyarəsi məcburi eniş etdi

Moskva-Xabarovsk marşrutu üzrə uçan “Boeing-747” təyyarəsi məcburi eniş edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarə mühərrikində yaranan texniki nasazlıq səbəbindən “Vnukovo” aeroportuna geri dönməli olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Pilotlar təyyarəni təhlükəsiz şəkildə hava limanına endirib.

0
14