Xorvatiya Futbol Federasiyası cəzalandırıldı

Xorvatiya Futbol Federasiyası cəzalandırıldı

UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb xorvat fanatların AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Çexiya ilə oyundakı davranışları olub.

Qarşılaşmanın gedişatında meydana yanan məşəllər atan azarkeşlər həm də irqçi şüarlar səsləndiriblər.

Qərara əsasən Xorvatiya Futbol Federasiyası 100 min avro məbləğində cərimə olunub.

Qeyd edək ki, Xorvatiya millisi  D qrupunda İspaniya, Türkiyə və Çexiya  ilə birgə mübarizə aparır.

0
16