Dmitri Medvedev: Ümid edirəm sülh uzunömürlü olacaq

Dmitri Medvedev: Ümid edirəm sülh uzunömürlü olacaq

"Rusiya bunun üçün ondan asılı hər bir şeyi edəcək".

Rusiyanın Baş naziri Dmitri Medvedev bəyan edib ki, Rusiya bundan sonra da Dağlıq Qarabağda vəziyyətin sabitləşməsi üçün ondan asılı hər bir şeyi edəcək, Oxu.Az xəbər verir.

"Ümid edirəm ki, hazırda bərqərar olan sülh uzunömürlü olacaq və tərəflər nizamlama məsələlərini danışıqlar masası arxasında davam etdirəcəklər. Mən özüm də bir zamanlar bu işə çox qüvvə sərf etmişəm və istəyirəm ki, bütün bunlar boşa çıxmasın.

İstənilən halda, şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası bunun üçün ondan asılı hər bir şeyi edəcək", - deyə, Medvedev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

0
10
Bot