ABŞ-da neft buruğunda partlayış: 1 ölü, 3 yaralı

ABŞ-da neft buruğunda partlayış: 1 ölü, 3 yaralı

ABŞ-ın Şimali Dakota ştatında neft buruqlarının birində partlayış baş verib.

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, insident Uotford-siti şəhəri yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 52 yaşlı Vayominq ştatı sakini aldığı yaralardan hospitalda vəfat edib.

Hadisənin təfərrüatları və partlayışın səbəbləri açıqlanmır.

0
14