Qarabağda ATƏT müşahidəçilərinin sayı artırılacaq

Qarabağda ATƏT müşahidəçilərinin sayı artırılacaq

Üçtərəfli bəyanat razılaşdırılıb.

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
“Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub”, - deyə Rusiya XİN başçısı qeyd edib.

0
14