Prezidentlərin görüşü başladı

Prezidentlərin görüşü başladı

Danışıqlar Konstantinov sarayında keçirilir.

Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında üçtərəfli görüş başlayıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar Strelnada Konstantinov sarayında keçirilir. 

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və  ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Qeyd edək ki, bundan əvvəl V.Putin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda görüşlər baş tutub.

0
26