Bakıya gələcək ifaçının xanımı evi tərk edib – FOTO + AUDİO

Bakıya gələcək ifaçının xanımı evi tərk edib – FOTO + AUDİO

“Yaşadıqlarımız və aramızda baş verənlər həmin sətirlərdə gizlənib”.

Türkiyəli müğənni Rafet El Romanın iki il əvvəl evləndiyi özündən 20 yaş kiçik həyat yoldaşı, model Ceren Kaplakarslan ifaçını tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər yer alıb.

C.Kaplakarslan müğənniyə 6 ay əvvəl ana olmaq istədiyini bildirib. İlk evliliyindən iki qızı, keçmiş sevgilisindən bir oğlu olan Rafet El Roman isə “mənə üç uşaq yetər” deyərək xanımının istəyini rədd edib.

Ceren bu sözlərdən sonra ifaçı ilə birgə yaşadığı Almaniyadakı evlərini tərk edərək İstanbula, atası Atilla Kaplakarslanın yanına dönüb.

Media nümayəndələrinə açıqlamasında “evlənməmişdən əvvəl problem yox idi. Rafet fikrini sonradan dəyişdirdi. Sonumuz necə olacaq bilmirəm, mən də gözləyirəm” deyib.

Rafet El Roman isə boşanma barədə verilən suallara “hər şeyi “Bir ara verelim” adlı mahnımda izah etmişəm. Yaşadıqlarımız və aramızda baş verənlər həmin sətirlərdə gizlənib”.

0
23