Rusiyada kütləvi davada azərbaycanlı ölüb

Rusiyada kütləvi davada azərbaycanlı ölüb

Münaqişə borca görə olub.

Peterburqdakı Sofiya tərəvəz bazasında kütləvi dava düşüb. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, dava 100-200 nəfərin iştirakı ilə iyunun 20-də saat 14:00-da tərəvəz bazasının ərazisində baş verib. 

Məlumata görə, dava zamanı atəş açılıb. 

Nəticədə İsmayılov soyadlı 43 yaşlı Azərbaycan vətəndaşı ölüb. 

İlkin məlumata görə, iki Azərbaycan vətəndaşı arasında baş verən və sonradan kütləvi davaya çevrilən münaqişə borca görə olub. 

0
11