“CinemaPlus” kinoteatrından daha bir yenilik

“CinemaPlus” kinoteatrından daha bir yenilik

Bu aksiyanın köməyi ilə kinosevərlər artıq tıxac və ödənişli dayanacaq barədə düşünməyəcək.

28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrı “Uber” şirkəti ilə əməkdaşlığa başlayıb.

Oxu.Az xəbər verir ki, “CinemaPlus” kinoteatrında kino izləmək istəyən tamaşaçılar “Uber” şəxsi sürücü xidmətindən pulsuz istifadə edə bilərlər. Bunun üçün sadəcə “Uber” mobil əlavəsini yükləyib, xüsusi promo kod daxil etmək lazımdır.

Bu aksiyanın köməyi ilə kinosevərlər artıq hər hansı sıxlıq, tıxac və ödənişli dayanacaq barədə düşünməyəcək və istədikləri vaxt “CinemaPlus” kinoteatrına gedib, sevdikləri filmləri izləyə biləcəklər. Maraqlananlar ətraflı məlumat üçün 119 və ya (050) 2645555 nömrəsinə zəng edə bilərlər.

Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Aytən Sadıqzadə

0
17