“Neftçi”, “Qəbələ” və “Kəpəz”in Avroliqadakı rəqibləri bəlli oldu

“Neftçi”, “Qəbələ” və “Kəpəz”in Avroliqadakı rəqibləri bəlli oldu

Avroliqada ilk oyunlar iyunun 30-da keçiriləcək.

Bu gün Avropa Liqasında 2016-2017 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, “Kəpəz”, “Qəbələ” və “Neftçi” də ilk oyunu ev sahibliyi ilə keçirməli idi.

Lakin UEFA sonradan bir oyunun yerini dəyişib. 

Belə ki, “Neftçi” Malta “Baltsan”ı ilə ilk oyunu səfərdə, cavab matçını isə ev sahibliyi ilə keçirəcək. 

“Qəbələ” və “Kəpəz” isə müvafiq olaraq Gürcüstan “Samtrediya”sı və Moldova “Daçiya”sını öncə Bakıda qəbul edəcək, cavab görüşünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, Avroliqada ilk oyunlar iyunun 30-da keçiriləcək.

0
105