“Facebook Messenger”in aktiv iştirakçılarının sayı 900 milyona çatıb

“Facebook Messenger”in aktiv iştirakçılarının sayı 900 milyona çatıb

"Facebook" sosial şəbəkəsinin "Messenger" əlavəsinin aktiv istifadəçilərinin sayı 900 milyonu keçib.

İKT.lent.az-ın "Moscow-Live.ru" saytına istinadən məlumatına görə, bu barədə özünün "Facebook" səhifəsində xidmətin nümayəndəsi Devid Markus bildirib.

D.Markus şirkətin məhsulunun digər istifadəçilərlə ünsiyyətini asanlaşdırmaq üçün daha əvvəl elan edilmiş bir sıra alətlərin tətbiqinə başlayacağını da vurğulayıb. Söhbət istifadəçilərin şəxsi barkodlarının, adları və keçidlərdən gedir.

Qeyd edək ki, "Messenger" əlavəsinin fəal iştirakçılarının sayı hələlik sosial şəbəkənin istifadəçilərinin sayından geri qalır. Ötən ilin noyabr ayında məlum olub ki, sosial şəbəkədən gündəlik olaraq 1 milyard insan istifadə edir. Sosial şəbəkənin hər ay aktiv istifadəçilərinin sayı isə üçüncü rübdə 1,55 milyard insan kimi qiymətləndirilib.

"Facebook"a məxsus "WhatsApp" messencerinin tərtibatçıları bildirib ki, bu ilin fevral ayında messencerin aktiv iştirakçılarının sayı 1 milyard nəfər həddinə çatıb. İstisna edilmir ki, yaxın zamanlarda sosial şəbəkənin şəxsi messenceri istifadəçi sayına görə rəqibini geridə qoya bilər.

0
23
Bot