“O Səs”in iştirakçısı qətlə yetirildi – VİDEO

“O Səs”in iştirakçısı qətlə yetirildi – VİDEO

Bu, adıçəkilən yarışma ilə bağlı 5-ci ölüm xəbəridir.

Meksikanın “O səs” proqramında yarışan Alejandro Jano Fuentes doğum günündə dostları ilə avtomobilinə əyləşdiyi vaxt tanımadığı şəxs tərəfindən başına sıxılan üç güllə ilə həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu haqda İngiltərənin “The Independent” qəzeti məlumat yayıb.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, bu, adıçəkilən yarışma ilə bağlı 5-ci ölüm xəbəridir.

Yarışmanın ilk mövsümündə mübarizə aparmış iştirakçılardan Jenni Rivera təyyarə qəzasında həyatını itirib. 

Müsabiqənin ikinci mövsümündə 35 yaşlı aparıcı Jacqueline Bracamontes əkizlərindən birinin ölümü xəbəri ilə gündəmə gəlmişdi. Körpənin ölümünə səbəb tənəffüs çatışmazlığı olmuşdu.

Verilişin üçüncü mövsümün iştirakçısı olmuş 22 yaşlı Gibran David Martiz yol qəzasında vəfat edib.

Digər iştirakçı Lizbeth Gonzalez Ruiz də qəza zamanı dünyasını dəyişib.

Aytən Sadıqzadə

0
19