Bakıda bağlı olan yolların açılacağı vaxt məlum olub

Bakıda bağlı olan yolların açılacağı vaxt məlum olub

Neftçilər prospekti sabah açılacaq.

Bakı şəhəri ərazisində “Formula 1” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan bəzi yollar bu gün saat 16:00-da açılacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə “Report”-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Şöbə rəisi bildirib ki, hazırda Bakı şəhər halqasında hərəkət olduğu kimi qalır: 

“Təşkilat Komitəsinin qərarına əsasən bu gün bəzi yollar, yol qovşaqları və kəsişmələr açılacaq. Həmin küçələrdə avtomobillərin hərəkəti bərpa ediləcək. Lakin bəzi küçə və prospektlərin, əsasən Neftçilər prospekti isə sabah günün 1-ci yarasında açılacaq”. -, şöbə rəisi deyib.

0
12