Rusiya öz “Alibaba”sını yaradır

Rusiya öz “Alibaba”sını yaradır

Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkədə istehsal olunan məhsulların xaricə satışını həyata keçirəcək internet platforması yaradılması barədə layihə hazırlayıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Layihə "Elektron ticarət daxili və xarici bazarlarda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində inkişaf drayveri kimi" adlanır.

Sənəd ölkə daxili və xaricində məhsulların elektron ticarət vasitəsilə reallaşdırılması üçün gömrük, logistika, informasiya, ödəmə, kredit, sığorta və digər xidmətlərin birləşdirilərək vahid ixrac sisteminin yaradılmasını nəzərdə tutur. Konsepsiyanın əsasını "aqreqator-şirkət"in yaradılması təşkil edir ki, bu qurum Rusiya mallarının beynəlxalq bazara çıxışı üçün vahid pəncərə rolunu oynayacaq. Sənəd müəllifləri nümunə kimi "Yandeks. Market", "Yulmart" və "Wikimart"ın adını çəkirlər. Qeyd olunur ki, Rusiya şirkəti "AliExpress" ("Alibaba Group"un platforması), "JD.com", "Amazon" və "eBay" kimi iri xarici internet platformaları ilə inteqrasiya olunmalıdır.

0
18
Bot