IB Gənclər Festivalı Binəqədi və Yasamal gəncləri qarşısında

IB Gənclər Festivalı Binəqədi və Yasamal gəncləri qarşısında

Gənclər Festivalı saat 15:00-da “Bakcell Arena”da baş tutacaq.

İyunun 17-də Yeni Azərbaycan Partiyasının Binəqədi və Yasamal rayon təşkilatlarında IB Gənclər Festivalının təqdimatı baş tutub.

Təqdimat çərçivəsində YAP Gənclər Birliyinin nümayəndəsi Aliyə Ağrılı və YAP Binəqədi Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə festivalın indiyə qədər ölkə miqyasında baş tutan ən böyük gənclər tədbiri olduğunu vurğulayıb və bütün YAP gənclərini festivalın 11001 gəncindən biri olmağa çağırıblar. 

Tədbirdə ölkədə aparılan və şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzində olan gənclər siyasətinin uğurla icra olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı. YAP Gənclər Birliyi hər zaman böyük və fərqli layihələrdə təşkilatçı və dəstəkçi kimi çıxış edib.

Təsadüfi deyil ki, belə fərqli və ən böyük gənclər tədbirində YAP Gənclər Birliyi təşkilatı dəstəkdir.

Eyni zamanda, IB Gənclər Festivalının layihə rəhbəri Kəmaləddin Nəzərli festival haqqında da YAP gənclərinə ətraflı məlumat verib. Layihədə çıxış edən məşhurlar proqram haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Təqdimatdan dərhal sonra festivalda iştirak etmək istəyən gənclər dəvətnamələrini əldə ediblər.

Günün ikinci yarısı IB Gənclər Festivalının təqdimatı Yasamal rayon YAP təşkilatında baş tutub.

Təqdimatda həmçinin YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov və Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev iştirak ediblər. Natiqlər ölkədə gənclərə yaradılan geniş imkanlardan söz açıb və belə bir layihənin təşkilində cənab Prezindentin qayğısını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. IB Gənclər Festivalının ilk olduğunu diqqətə çatdıran rəsmilər dəvətnamə götürənlər siyahısında adını ilk yazdıranlardan olublar.

Xatırladaq ki, iyunun 25-də baş tutacaq IB Gənclər Festivalında ölkənin məşhur simalarının və ifaçılarının çıxışları olacaq. Gəncləri müxtəlif hədiyyələr və təkliflər, ilk dəfə olaraq 11001 gəncin bir arada oxuyacağı xor və digər maraqlı əyləncə və aktivliklər gözləyir. IB Gənclər Festivalı saat 15:00-da “Bakcell Arena”da baş tutacaq.

Dəvətnamə əldə etmək üçün “IB Club”un baş ofisinə (“Caspian Business Center”, 5-ci mərtəbə) və ya 1 saylı Asan Xidmət mərkəzinə yaxınlaşa bilərsiniz.

Daha ətraflı: http://ibgenclerfestivali.az/

https://www.facebook.com/IB.gencler.festivali/?fref=ts

0
27