Uorlik Əliyev-Putin-Sarqsyan görüşünü şərh etdi

Uorlik Əliyev-Putin-Sarqsyan görüşünü şərh etdi

“Bugünkü görüş Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq”.

“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq”.

Oxu.Az-ın verdiyi xəbərə görə, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. 

Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri iştirak edəcək.

0
12