FIA prezidenti Azərbaycan Avtomobil Federasiyasının fəaliyyətindən danışdı – FOTO

FIA prezidenti Azərbaycan Avtomobil Federasiyasının fəaliyyətindən danışdı – FOTO

O, “Klassik avtomobil sərgisi” ilə tanış oldu.

Beynəlxalq Avtomobil Federsiyasının (FIA) prezidenti Jan Tod (Jean Todt) iyunun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) fəaliyyəti və federasiyanın həyata keçirdiyi bir sıra layihələrlə tanış olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və FIA prezidenti arasında keçirilən görüşdə federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verilib.

Qeyd edilib ki, AAF ölkəmizdə avtomobil idmanının inkişafı, avtomobil idmanının gənclər arasında təbliği baxımından bir sıra layihələr həyata keçirilib, müxtəlif avtomobil idmanı yarışları təşkil olunub,  eyni zamanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülüb, yol hərəkəti təhlükəsizliyi istiqamətində maarifləndiri müxtəlif nəşrlər hazırlanaraq yayımlanıb.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod həmçinin Azərbaycan Avtomobil Federasiyasının mütəmadi olaraq təşkil etdiyi “Yol hərəkəti qaydalarını öyrənək” təlimlərinin növbəti məşğələsində iştirak edib.  

Təlim iştirakçıları ilə Azərbaycan Avtomobil Federasiyasının  “Uşaqlar üçün yol hərəkəti qaydaları”, “Rəngləyək və öyrənək”  və digər bu kimi nəşrləri əsasında nəzəri kurslar aparılması bildirilib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod daha sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə hazırlanan “Klassik avtomobil sərgisi” ilə tanış olub.

Jan Tod, eyni zamanda, Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, amerikalı rəssam Corc Kondonun fərdi sərgisi ilə tanış olub.

O, ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası tərəfindən görülən işləri yüksək qiymətləndirərək bu layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Jan Tod həmçinin Azərbaycanda avtomobil yarışı trekinin tikintisinin bu idman növünün inkişafı üçün vacib olduğunu bildirib.

Aytən Sadıqzadə

0
10