Azərbaycanlı müğənni ərə gedir- SƏNƏTİ ATIR

Azərbaycanlı müğənni ərə gedir- SƏNƏTİ ATIR

Azərbaycanlı müğənni Aysel Əlizadə ailə qurmağa hazırlaşır. Lent.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişində açıqlama verən ifaçı bildirib ki, bu il toyu olacaq: "Əminliklə deyirəm ki, bu il toyum olacaq. Başqa cür də ola bilməz. Bu yaxınlarda da rəfiqəmin toyunda gül tutmuşam. Bu yaşıma qədər hələ gül tutmamışdım. Ailəm üçün sənətdən getməyə də hazıram. Sənətdən çox, mənim üçün xoşbəxt olacağım insan, ailə daha vacibdir. Ömrümün son gününə qədər səsim yanımda olmaya bilər, amma mənim dayağım, dəstəyim Allahın izni ilə yanımda olacaq. Ona görə də bu həyatı seçirəm. Ailə quracağım şəxsin adını açıqlamaq istəmirəm. İndidən deyə bilmərəm ki, toy mediaya qapalı olacaq və ya olmayacaq”.

0
15