Dağıstanda məhkum yemək paylama pəncərəsindən qaçıb - VİDEO

Dağıstanda məhkum yemək paylama pəncərəsindən qaçıb - VİDEO

Şahrudinov bir sıra qarətlərin törədilməsində ittiham edilir.

Dağıstanın İzberbaş şəhərində müvəqqəti təcridxanaya yerləşdirilən şübhəli kameradan yemək paylamaq üçün istifadə edilən pəncərədən qaçıb. 

Oxu.Az “RİA Daqestan”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. 

“2016-cı ilin iyunun 18-də təxminən saat 04.00 radələrində Stavropol vilayəti üzrə DİN idarəsinin müvəqqəti təcridxanasından istintaq əməliyyatlarını yerinə yetirilməsi üçün İzberbaş şəhərinin müvəqqəti təcridxanasına yerləşdirilən və bir sıra qarətlərdə ittiham edilən Rüstəm Şahrudinov kameranın yemək paylanması üçün nəzərdə tutulan pəncərəsindən dəhlizə çıxıb, daha sonra isə otaqdakı barmaqlığı aralayaraq təcridxandan qaçıb”, - məlumatda deyilir. 

0
8