Milli Məclisdə YAP-ın deputatlarının sayı 72-yə çatıb

Milli Məclisdə YAP-ın deputatlarının sayı 72-yə çatıb

Partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının sayı 72-yə çatıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.

YAP-ın namizədlərinin 71-i 2015-ci V çağırış Milli Məclisə seçkilərdə qalib gəlib. 

Hakim partiya nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsindən də namizəd irəli sürüb. 

İyunun 18-də keçirilən təkrar seçkilərdə YAP-ı partiyanın rayon təşkilatının sədri Cavid Osmanov təmsil edib. 

İlkin məlumatlara əsasən, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri C.Osmanova səs verib. 

Beləliklə, YAP-ın deputatlarının sayı 72-yə çatıb.

Yeni Azərbaycan Partiyası onlardan 71-nin namizədliyini rəsmi formada irəli sürüb. 

Bir nəfər YAP üzvü Mirzəcan Xəlilov öz təşəbbüsü ilə seçkiyə qatılıb. 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərin o, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.

0
22