Rusiyada faciə nəticəsində 13 uşaq ölüb

Rusiyada faciə nəticəsində 13 uşaq ölüb

Bir uşaq itkin düşüb.

Kareliya vilayətinin rəhbəri Aleksandr Xudilaynen Syamozeroda faciə nəticəsində 15 uşağın ölməsinə dair məlumatı təsdiqləməyib. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

“On üç uşaq ölüb. On dördüncü uşaq hələlik tapılmayıb”, - o bəyan edib. 

Xudilaynen əlavə edib ki, uşaqların axtarışı davam edir. 

Bundan başqa, respublika rəhbəri bildirib ki, uşaqların istirahət etdikləri “Park-otel”ə bu uşaqlardan yaşca bir qədər böyük olan təlimatçıların rəhbərliyi ilə nəzarətsiz turist səfəri təşkil edilib. 

0
12