İsveçrə millisi “play-off” mərhələsinə vəsiqə qazanıb

İsveçrə millisi “play-off” mərhələsinə vəsiqə qazanıb

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb.

“Avro-2016”-da qrup mərhələsinin III turuna start verilib.

Oxu.Az xəbər verir ki, artıq 1/8 finala vəsiqəni təmin edən Fransa yığması İsveçrə ilə qarşılaşıb.

Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.

Qrup mərhələsində 5 xal toplayan İsveçrə millisi “play-off” mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb. İlk qarşılaşma Albaniyanın 1:0-lıq qələbəsi ilə başa çatıb. Albaniya qazandığı 3 xal ilə turnirin “play-off” mərhələsinə çıxmaq şanslarını saxlayıb.

Avropa çempionatı
Qrup mərhələsi
III tur
19 iyun

A qrupu
Rumıniya - Albaniya - 0:1
Qol: Sadiku, 43

İsveçrə - Fransa - 0:0

0
17