Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşür

Bu gün Azərbaycan, Rusiya  və Ermənistan prezidentləri görüşür

Görüş Sankt-Peterburqda olacaq.

Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bundan öncə bildirdiyinə görə, Putinin əvvəlcə İlham Əliyev və Serj Sarqsyanla ayrı-ayrılıqda görüşəcəyi, ardınca isə üç prezidentin birlikdə danışıqlar aparacağı ehtimal olunur.

Uşakov qeyd edib ki, Kreml bu münaqişənin nizamlanmasında tərəflərə yardım göstərmək üçün fəal addımlar atır. 

"İndi biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində, Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik", - deyə Uşakov bildirib.

Bu prinsiplər, xüsusilə Qarabağ probleminin həllində güc tətbiqinin yolverilməz olduğunu deyir.

G.M

0
15