Lionda fransız və ingilis azarkeşləri arasında dava düşdü

Lionda fransız və ingilis azarkeşləri arasında dava düşdü

Fransanın Lion şəhərində fransız və ingilis azarkeşləri arasında  dava olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər küçələrinin birində iki fanat dəstəsinin qarşılaşması dava ilə nəticələnib.

Fransanın ayrı-ayrı şəhərlərində müxtəlif ölkələrdən gələn azarkeşlər arasında toqquşmalar mütəmadi olaraq baş verir.

İyunun 10-da Parisdə start götürən futbol üzrə XV Avropa çempionatı Fransanın on  şəhərində iyulun 10-dək davam edəcək.

0
17