"Klivlend Kavalyers" ilk dəfə NBA çempionu oldu

"Klivlend Kavalyers" ilk dəfə NBA çempionu oldu

"Klivlend Kavalyers" basketbol klubu final seriyasının  həlledici 7-ci görüşündə “Qolden Steyt Uorriors “ klubunu 93:89 hesabı ilə məğlub edib.

APA-nın məlumatına görə, bununlada "Klivlend Kavalyers" tarixdə ilk dəfə Milli Basketbol Assosiasiyasının (NBA) qalibi olub.

1970-ci ildən NBA-də çıxış edən Klivlend klubu bu müddət ərzində üç  dəfə finala yüksəlib (2007, 2015, 2016).

Qeyd edək ki, Oqayo ştatının təmsilçisi olan komandanın bütün nailiyyətləri dünyanın ən məşhur basketbolçularından biri Lebron Ceymslə bağlıdır. O, 2003-2010-ci illərdə və 2014-ci ildən yenidən "Klivlend Kavalyers"-in şərəfini qoruyur.

0
12