Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi

Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi

Hər hansı təxribat cəhdləri baş verərsə, KXDR regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcək.

APA-nın məlumatına görə, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyinə Dövlət müdafiə komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Koreya xalq ordusunun müasir raketləri ABŞ-ın Quamdakı “Anderson” hərbi-hava bazası, həmçinin regiondakı  sualtı qayıqlar bazalarına tuşlanıb.

Qeyd edək ki, bu günlərdə ABŞ-a məxsus “Mississippi” sualtı qayığı Cənubi Koreyanın Pusan portuna daxil olub. Bundan əlavə ABŞ-ın Quamdakı hərbi bazasında B-52 strateji bombardmançı təyyarələrin təlimi keçirilib.

“Bu kimi addımlar Koreya yarımadasında nüvə müharibəsi təhlükəsini artırır”, Dövlət müdafiə komitəsinin nümayəndəsi vurğulayıb.

0
22