Çində daşqınlar: 20 ölü

Çində daşqınlar: 20 ölü

Çinin mərkəzi bölgələrində baş verən daşqınlar  nəticəsində azı 20 nəfər ölüb.

APA-nın TASS agentliynə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən  2 milyon insan ziyan çəkib.

Təkcə Hubey əlayətində son iki sutka ərzində 4 nəfər ölüb, 12 nəfər itkin düşüb. Əyalətin 21 yaşayış məntəqəsi su altında qalıb, 10 min nəfər təxliyə olunub.

Tzyansi əyalətində 2 nəfər ölüb, daha iki nəfər itkin düşüb, 58 min insan evini tərk etmək məcburiyyətində qalıb.  Əyalətdə yüzlərlə yaşayış evini su basıb, kənd təsərrüfatı sahələri su altında qalıb. Çində farfor və keramika istehsalının mərkəzlərindən biri sayılan Tsindeçjen şəhərinə ciddi ziyan dəyib.

Meteoroloqların proqnozlarına əsasən, bölgədə yağıntılı hava şəraiti davam edəcək.

0
22