Portuqaliyada turistləri daşıyan təyyarə qəzaya uğradı

Portuqaliyada turistləri daşıyan təyyarə qəzaya uğradı

Portuqaliyanın cənubunda turistləri daşıyan yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ferreyra-du-Alenteju kommunasında baş verib.

Qəza nəticəsində təyyarənin pilotu ölüb, 6 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb. Hazırda hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

0
43