Moskvada matəm elan olundu

Moskvada matəm elan olundu

Kareliya respublikasının Pryajinsk rayonunda baş verən faciə ilə əlaqədar iyunun 20-si Rusiyanın paytaxtında matəm elan olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanın özünün “Tvitter” səhifəsində yazıb.

İyunun 18-də  “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində dincələn uşaqlar təlimçilərlə birgə qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. İçərisində 47 uşaq və 4 təlimçinin olduğu üç qayıq aşaraq batıb. Nəticədə 15 uşaq ölüb, daha 10-u xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, saxlanılanlar var. Qeyd edək ki, iyunun 20-si Kareliya respublikasında da matəm günü elan edilib.

0
35