Türkiyədə partlayış: 4 yaralı

Türkiyədə partlayış: 4 yaralı

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar. Onların həyatlarına təhlükə yoxdur.

İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.

0
23