“Taliban” lideri məhv edildi

“Taliban” lideri məhv edildi

Əfqanıstan Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Gündüz əyalətində “Taliban” hərəkatının liderlərindən biri məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili işlər nazirliyi məlumat verib.

“Hava zərbəsi nəticəsində “Taliban”-ın 8 silahlısı, o cümlədən hərəkatın liderlərindən biri Kari Əli məhv edilib”, məlumatda deyilir. Bildirilir ki, məhv edilənlər Gündüz əyalətində bir çox terror aktlarının təşkilində və həyata keçirilməsində iştirak ediblər.

Müxtəlif hesablamalara görə, 40 mindən 60 minədək silahlının birləşdirən “Taliban” hərəkatı NATO-nun Əfqanıstanda hərbi missiyası başa çatandan sonra fəallaşıb. Bununla əlaqədar, ölkədə vəziyyət gərginləşib.

0
19