Kareliyada göldə ölənlərin sayı 14-ə çatdı

Kareliyada göldə ölənlərin sayı 14-ə çatdı

Rusiyanın Kareliya respublikasında Syamozero gölündə ölənlərin sayı 14-nəfərə çatıb, onlardan 13-ü 12-15 yaş arası olan uşaqlardı.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər bu gün daha 3 uşağın meyitini sudan çıxarıblar.

9-u uşaq olmaqla 11 nəfəri xilas etmək mümkün olub.

İyunun 18-də  “Park-hotel Syamozero” sağlamlıq düşərgəsindən olan instruktor və uşaqlar qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Göyərtələrində 50-dən çox nəfərin olduğu üç qayıq aşaraq batıb.


0
14