“Formula-1” üzrə Avropa Qran-prisinin ən yüksək sürəti

“Formula-1” üzrə Avropa Qran-prisinin ən yüksək sürəti

“Mercedes”in pilotu 351 km/saat sürətə nail olub.

Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.

Oxu.Az xəbər verir ki, 11 komandadan 22 pilotun qatıldığı yarışın qalibi “Mercedes” komandasından Niko Rosberq (1:47,023) olub. 

İkinci yeri isə ”Ferrari” komandasından Sebastian Fettel (1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres (1:48,269) bağlayıb. 

Qran-prinin ən yüksək göstəricisi “Mercedes”in pilotu  Luis Hamiltonun aktivinə yazılıb. 31 yaşlı pilot bolidini saatda 351 km/saat sürətlə idarə edib.

0
22