Prezident “Formula 1” Avropa Qran Prisinin qaliblərini mükafatlandırdı

Prezident “Formula 1” Avropa Qran Prisinin qaliblərini mükafatlandırdı

Niko Rosberqə çempion kuboku təqdim edilib.

Bu gün Bakıda “Formula 1” Avropa Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev “Formula 1” Avropa Qran Prisinin qalibi olan “Mercedes” komandasının pilotu Niko Rosberqə çempion kubokunu təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Mercedes AMG F1” komandasının texniki direktoruna Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Sebastyan Fettelə (“Ferrari”) mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Serxio Peresə (”) mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

0
31