Qazaxda üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapılıb - FOTO

Qazaxda üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapılıb - FOTO

Faktla bağlı cinayət işi açılıb.

Qazax rayonunun Xanlıqlar kəndində Bayram bulağı adlanan ərazidə naməlum qadın meyiti tapılıb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.

Bildirilir ki, meyitin burun və qarın nahiyələrində əməliyyat izləri var.

Qadının cəsədi Qazax Diaqnostika Mərkəzinin meyitxanasına yerləşdirilib.

Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. 

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

0
401