Rusiyada turist gəzintisi zamanı on uşaq ölüb

Rusiyada turist gəzintisi zamanı on uşaq ölüb

İtkin düşmüş səyahətçilərin axtarışına helikopterlər cəlb edilib.

Rusiyanın Kareliya vilayətinin Pryajinsk rayonunda Syamzero gölündə turist gəzintisi zamanı on uşaq ölüb.

Oxu.Az-ın Life-a istinadən xəbərinə görə, səyahətçilər fırtınaya düşüblər.

Nəşrin məlumatına əsasən, daha üç uşağın axtarışı davam edir.

Məlumatda bildirilir ki, turist qrupu 12-17 yaşlı yeniyetmələrdən ibarət olub. 
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin mətbuat xidmətinin rəisi Fedor Polşin on iki nəfərin xilas edildiyini bildirib. O qeyd edib ki, xilasetmə işlərinə iki helikopter cəlb olunub. 

0
13