GP2 seriyasının qalibi müəyyənləşdi

GP2 seriyasının qalibi müəyyənləşdi

“Prema Racing” komandasının pilotu finiş xəttinə hamıdan tez çatıb

Bakıda keçirilən GP2 seriyasının son yarışının mükafatçıları müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Prema Racing” komandasının pilotu Antonio Covinatsi finiş xəttinə hamıdan tez çatıb. Onun nəticəsi 44:49.606 olub.

İkinci yeri fransalı Pyer Qasli (+1.7 saniyə), üçüncü yeri isə ART komandasından rusiyalı pilot Sergey Sirotkin (+4.1 saniyə) tutub.

Qalibləri Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov və digər qonaqlar mükafatlandırıb.

0
14