3 il sonra La Liqaya qayıtdılar

3 il sonra La Liqaya qayıtdılar

La Liqaya yüksələn 3-cü komanda da bəlli olub. Apasport.az saytının məlumatına görə, primeronun yeni iştirakçısı “pley-off” oyunlarının finalının cavab matçında “Jirona”ya 1:0 hesabı ilə qalib gələn “Osasuna”dır.

İlk oyundan 2:1 hesabı ilə qalib ayrılan “qırmızılar”ın yeganə qoluna 48-ci dəqiqədə Kenan Kodro imza atıb.

Qeyd edək ki, Pamplona klubu sonuncu dəfə 2013/14 mövsümündə elitada çıxış etmişdi.

0
8