Tramp minlərlə insanın qarşısında ana söyüşü söydü

Tramp minlərlə insanın qarşısında ana söyüşü söydü

Bu ilə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi kimi iştirak edən milyarder Donald Tramp bir neçə gün əvvəl Orlandada törədilmiş terror aktından danışarkən söyüş söyüb. Lent.az-ın məlumatına görə, Texas ştatının Vudlands bölgəsində minlərlə insanın qarşısında çıxış edən Tramp  homosesksualların barında 49 nəfər güllələyərək öldürən əfqan əsilli Ömər Mətinin anasını söyüb.

Prezidentliyə namizəd mülki şəxslərin rahatlıqla silah gəzdirməli olduğunu deyib: “Bardakı şəxslərdən birinin belində və ya ayağında tapança olsaydı, barda atəş açan şəxsə doğru atəş açıb onu öldürsəydi necə də gözəl olardı. Elə deyilmi”?

Mitinq iştirakçıları Trampın çıxışını bir dəfə alqışlarla kəsib.

0
11