Azərbaycan səfirliyinin avtomobili qəza törətdi - FOTO

Azərbaycan səfirliyinin avtomobili qəza törətdi - FOTO

Yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin xidməti avtomobili Kiyevdə zəncirvari yol qəzasına düşüb.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Naberejno-Kreşatitskaya küçəsində Poçtovaya meydanından Podola rayonu istiqamətində baş verən qəza zamanı dörd maşın toqquşub.

Səfirliyə məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən arxadan “VAZ” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ” yol kənarında park edilmiş daha iki nəqliyyat vasitəsinə dəyib.

Xilasedicilər yerə dağılan yanacağın alovlanmasının qarşısını almaq üçün asfalta su töküblər.

“VAZ”ın sürücüsünə və “Opel”in sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib. Onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

0
19