Ermənistan və Azərbaycan Qarabağda atəşkəs haqqında razılığa gəldilər - YENİLƏNİB

Ermənistan və Azərbaycan Qarabağda atəşkəs haqqında razılığa gəldilər - YENİLƏNİB

"Ölənlərin cəsədlərinin axtarışına başlanılacaq".

Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

12:29

Dağlıq Qarabağda münaqişə tərəfləri saat 15:00-da eyni anda atəşi dayandırmaq və ölənlərin cəsədlərinin axtarışına başlamaq haqqında razılığa gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Qarabağ separatçılarının nümayəndəsi Viktor Arustamyan bildirib.

"Biz bu gün yerli vaxt ilə saat 15:00-dan şimal və cənub istiqamətlərində atəşin dayandırılmasına və həm bizim, eləcə də Azərbaycan tərəfindən həlak olmuş hərbçilərin cəsədlərinin axtarışına başlanmasına dair razılığa gəlmişik", - o bəyan edib.

0
117
Bot