İslandiya və Macarıstan yığmaları heç-heçə oynadılar

İslandiya və Macarıstan yığmaları  heç-heçə oynadılar

Sevarsson avtoqol nəticəsində hesabı bərabərləşdirdi.

Macarıstan və İslandiya yığmalarının futbolçuları Fransada keçirilən Avropa çempionatının qrup mərhələsinin matçında heç-heçə oynayıblar.

Oxu.Az-ın xəbərinə görə, F qrupunun ikinci turunun görüşü 1:1 hesabı ilə başa çatıb.

Hesabı İslandiya yığmasının oyunçusu Qilfi Siqurdsson 40-cı dəqiqədə penaltidən qol vurmaqla açıb. Elə həmin komandanın futbolçusu Birkir Sevarssonun 88-ci dəqiqədə vurduğu avtoqol nəticəsində hesab bərabərləşib.

0
23