Almaniyada təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçub

Almaniyada təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçub

Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək üçün on polis əməkdaşı cəlb olunub.

Eurowings şirkətinin təyyarəsi 90 sərnişini göyərtəyə almağı “unudaraq”  Düsseldorf hava limanından uçub, Oxu.Az Express qəzetinə istinadən xəbər verir.

Drezden reysini həyata keçirməli olan təyyarənin sərnişinlərini minmə yerinə  iki avtobusda gətiriblər.

Birinci avtobusdakı qırx sərnişin təyyarəyə qalxaraq Drezdenə çatıb. Lakin ikinci avtobusdakı adamları göyərtəyə alınmayıblar.

Qəzet qeyd edir ki, təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək və hava limanının əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün on polis əməkdaşı cəlb olunub. 

0
25