“Formula-1”: Sıralama yarışında ən yaxşı göstəriciyə Niko Rosberq imza atıb

“Formula-1”: Sıralama yarışında ən yaxşı göstəriciyə Niko Rosberq imza atıb

Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində sıralama yarışı keçirilib.

Oxu.Az Apasport.az saytına istinadən xəbər verir ki, bir saat davam edən yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.

Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində sabahkı sıralamanı müəyyənləşdirməyə çalışıblar. Ən yaxşı göstəriciyə “Mercedes”in pilotu Niko Rosberq imza atıb. Almaniyalı idmançı sabah yarışa ilk pillədə başlayacaq. Onun komanda yoldaşı Luis Hamilton qəza törətdiyindən yarışa 10-cu yerdə start götürəcək.

“Force İndia”nın pilotu Serxio Peres ikinci, “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo isə ən yaxşı üçüncü göstəriciyə imza atıb.

Sabahkı yarışda sıralama aşağıdakı kimi olacaq:

 

1. 6 Niko Rosberq (“Mercedes”)

2. 11 Serxio Peres (“Force İndia”)

3. 3 Daniel Rikkiardo (“Red Bull Racing”)

4. 5 Sebastian Vettel (“Ferrari”)

5. 7 Kimi Raykkonen (“Ferrari”)

6. 19 Felipe Massa (“Williams”)

7. 26 Daniil Kvyat (“Red Bull Racing”)

8. 77 Valtteri Bottas (“Williams”)

9. 33 Maks Verstappen (“Toro Rosso”)

10. 44 Luis Hamilton (“Mercedes”)

11. 8 Romen Qrojan (“Haas”)

12. 27 Niko Hyulkenberq (“Force İndia”)

13. 55 Karlos Saynz (“Toro Rosso”)

14. 14 Fernando Alonso (“McLaren”)

15. 21 Estabean Qutyerres (“Haas”)

16. 12 Felipe Nasr (“Sauber”)

17. 88 Rio Haryanto (“Manor”)

18. 94 Paskal Verlyayn (“Manor”)

19. 22 Censon Batton (“McLaren”)

20. 9 Markus Eriksson (“Sauber”)

21. 20 Kevin Maqnussen (“Renault”)

22. 30 Jolion Palmer (“Renault”)

0
26