AZAL: Moskvadan Bakıya heç bir reysdə gecikmə yoxdur

AZAL: Moskvadan Bakıya heç bir reysdə gecikmə yoxdur

Şirkət rəsmisi açıqlama verib.

Rusiyanın paytaxtı Moskvadan Bakıya heç bir reysdə gecikmə baş verməyib. Hava Limanı ştat rejimində işləyir.

Oxu.Az-a bu barədə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəriPaşa Kəsəmənski deyib.

Qeyd edək ki, hazırda Moskvanın "Şeremetyevo" aeroportundan yerinə yetirilməli olan 20-yə yaxın aviareys əlverişsiz hava şəraiti ilə əlaqədar yubanır. Aeroport ərazisində güclü duman müşahidə olunur.

Ülviyyə R. Əli

0
17
Bot