Vasil Sixarulidze: Qarabağ münaqişəsi Cənubi Qafqaz üçün təhlükəlidir

Vasil Sixarulidze: Qarabağ münaqişəsi Cənubi Qafqaz üçün təhlükəlidir

“Münqaişənin dinc yol ilə həlli hər iki tərəfin səyləri sayəsində tapıla bilər”.

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün təhdid doğurur.

Oxu.Az tert.am-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq müdafiə naziri, Gürcüstanda Atlantik şuranın sədri Vasil Sixarulidze bəyan edib. 

Onun sözlərinə görə, 20 ildən çoxdur ki, Qarabağ münaqişəsi regional əməkdaşlığın inkişafına mane olur və Cənubi Qafqazın bütün dövlətlərinin inkişafına mənfi təsir edir. Sixarulidze əmindir ki, münaqişənin dinc yol ilə həlli yalnız Ermənistan və Azərbaycan üçün deyil, eləcə də Gürcüstan üçün mühüm məna kəsb edəcək. 

“Ümidvaram ki, münaqişə gələcəkdə kəskinləşməyəcək. Bu sadəcə hansısa Cənubi Qafqaz dövlətinin maraqlarından irəli gəlmir və regionun inkişafına məhvedici təsir göstərə bilər. Mən həmçinin hesab edirəm ki, münaqişənin dinc, siyasi yolla həlli hər iki tərəfin səyləri sayəsində tapıla bilər”, - Sixarulidze bəyan edib.  

Gürcsütan, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığı şərh edərkən, Sixarulidze bu əməkdaşlığın Ermənistana qarşı yönəlmədiyini vurğulayıb. 

0
20