“Radiohead”in fanatları İstanbulda döyüldülər

“Radiohead”in fanatları İstanbulda döyüldülər

Naməlum şəxslər İstanbulda yerli mağazada toplaşaraq yeni alboma qulaq asmağa hazırlaşan Britaniyanın “Radiohead” qrupunun fanatlarına hücum ediblər.

Oxu.Az xəbər verir ki, bu haqda BuzzFeed məlumat yayıb. 

İlkin məlumata görə, bir nəfər xəsarət alıb. 

Bir qrup şəxs mağazaya daxil olaraq ətrafı dağıtmağa başlayıb. Çox güman ki, onlara müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında pivə içilməsi və rok-musiqinin dinlənməsi xoş gəlməyib. 

“Radiohead”dən artıq hadisəyə şərh verilib. Onlar İstanbuldakı pərəstişkarlarına dəstək və sevgilərini bildiriblər. Qrup üzvləri bu qəbildən olan hərəkətlərin uzaq keçmişdə qalacağına ümidvar oldulqarını bildiriblər.  

Qeyd edək ki, bir neçə gün öncə qrupun yeni “A Moon Shaped Pool” adlı albomu işıq üzü görüb. 

Aytən Sadıqzadə

0
20