“Miss Moskva” müsabiqəsində dava düşdü - VİDEO

“Miss Moskva” müsabiqəsində dava düşdü - VİDEO

“Davaya səbəb gənc adam olub”.

“Miss Moskva-2016” müsabiqəsinin iştirakçısı iyunun 17-də Rusiyanın paytaxtı Moskva şəhərində Et Cetera teatrında keçirilən mükafatlandırma mərasimində dava salıb. 

Oxu.Az bu barədə “Life”a istinadən xəbər verir. 

Rəfiqəsi ilə davanı müsabiqənin 20 yaşlı iştirakçısı Yekaterina Revyakina salıb.  

Nəşrin məlumatına görə, davaya səbəb qızların bölüşə bilmədikləri gənc adam olub. Revyakina rəfiqəsini xəyanətdə ittiham edib. 

“Mənim daha dostum yoxdur. Sən mənim üçün əziz olan adamla münasibətlərimi korladın!”, - final iştirakçısı bəyan edib. 

Dalaşan rəfiqələri mühafizəçilər ayırıblar, daha sonra mükafatlandırma mərasimi davam edib. 

0
16