İstanbulda metrobus 5 metr hündürlükdən aşıb – FOTO

İstanbulda metrobus 5 metr hündürlükdən aşıb – FOTO

10 nəfər yaralanıb.

İstanbulun Zeytunburnu rayonunda Zincirlikuyu-Avcılar istiqamətində hərəkət edən metrobusun 5 metr yüksəklikdən aşması nəticəsində ikisi ağır olmaqla 10 nəfər yaralanıb.

Oxu.Az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərinə görə, metrobusda 20 sərnişin olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.  Metrobusun aşmasının  ilkin səbəbi kimi sürücüsünün yatması göstərilib. 

0
13