Heç nə etməmək müsabiqəsinin qalibi seçildi

Heç nə etməmək müsabiqəsinin qalibi seçildi

Koreyanın Seul şəhərində 70 nəfər olduqca maraqlı bir müsabiqədə iştirak edib.

Lent.az-ın “musavat.com”-a istinadən verdiyi məlumata görə, müsabiqənin məğzi isə ondan ibarət idi ki, iştirakçılar 90 dəqiqə ərzində heç nə etməsinlər.

Müsabiqə İçon Xanqan şəhər parkında baş tutub. Müsabiqədə iştirak edənlərə hətta mobil telefona, saata baxmamaları, eləcə də yatmamaq və danışmamaq tapşırılıb. Əgər bu müddət ərzində iştirakçı ayaqyoluna getmək və ya su içməyi arzulasa, bu barədə müsabiqə təşkilatçılarına məlumat verməli idi. Bunun üçün də müsabiqə iştirakçılarının qarşısına xüsusi kart qoyulub ki, onlar bunu qaldırmaqla bu tələbatları barədə məlumat verirlər.

Belə bir çempionat keçirmə ideyası rəssam xanım Vups Yanqa məxsusdur. İlk belə müsabiqə 2014-cü ildə keçirilib. Qadın heç bir işlə məşğul olmadan boş-boş oturanda özünü olduqca narahat hiss edirdi. Həmin vaxt qadın düşünüb ki, çoxlu sayda insan onun kimi heç nə etmədən otursa proses daha komfortlu olacaq.

Rəssamın sözlərinə görə, 2 minə yaxın insan bu müsabiqədə iştirak etmək üçün mübarizə aparıb, amma o, ən yaxşıları seçib. Müsabiqənin qalibi Şin Xe Sob seçilib. Kişi 90 dəqiqə boyunca heç nə etmədən dayana bilib və etiraf edib ki, evdə məşq edib.

0
21